Google şirkəti cərimələndi

Google şirkəti cərimələndi

“Google” şirkəti 2.42 milyard dollar cərimə ödəyəcək.

Şirkət müəyyən olunmuş normalara riayət etmədiyi və rəqabət qaydalarını pozduğu üçün Avropa Komissiyası tərəfindən cərimələnib.

“Google” axtarış sisteminə onlayn alış-veriş üçün müraciət edən istifadəçilər ilk olaraq şirkətə məxsus “Shopping Box” xidmətini görür. Daha sonra isə digər şirkətlərin təklifləri gəlir.

Bu “Google” şirkəti haqqında ilk araşdırma deyil.