Dövlət Gömrük Komitəsinin Əməliyyat və istintaq baş idarəsinin rəisi, general-mayor Məsum Eynalı oğlu Rəsulov keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.
AzerTimes Yenipress.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, M.Rəsulov 1974-cü ilin iyun ayının 21-də anadan olub.
O, 9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.