Baydenin Səudiyyə planı iflasa uğradı – KİV

Baydenin Səudiyyə planı iflasa uğradı – KİV

ABŞ Prezidenti Co Bayden Yaxın Şərq turnesi ilə hədəfinə çata və ölkəsinin dominantlığını gücləndirə bilməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Çinin “Qlobal Tayms” nəşrində yayımlanan məqalədə deyilir.

“Baydenin Yaxın Şərq səfəri olduqca önəmli görünə bilər. Bayden ABŞ-ının regiondakı təsirini nümayiş etdirmək istəyir. Fəqət Ukrayna böhranı səbəbindən qlobal və regional geosiyasi coğrafiya radikal şəkildə dəyişdi. Bu, hədəfə çatmağı çətinləşdirəcək. Nəticə olaraq bu tur foto çəkilişindən başqa bir şey olmayacaq”, – deyə bildirilib.

Məqalədə iddia edilib ki, Bayden Yaxın Şərqdən Avropaya neft nəqlinin artırılması məsələsində razılaşma əldə edə bilməyəcək:

“Enerji sektorunda vəziyyət ABŞ liderini reallıqla barışmağa və 2020-ci il seçkilərində söz verdiyi “Səudiyyə Ərəbistanını təcrid etmə” cəhdlərindən imtinaya vadar edir. Burada Bayden doktrinasının uğursuz olduğu aydın görünür”.

Teqlər: