Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının
99-cu ildönümü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin
əməkdaşları, DGK Akademiyasının tələbələri, “Könüllü gömrükçü”
dəstəsinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Gömrükçülərə Mərkəzlə bağlı geniş məlumat verilərək bildirilib
ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının,
Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə
yönəlib.
Gömrükçülər Heydər Əliyev Muzeyində ümummilli lideri Heydər
Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video
və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış
olublar. Ulu öndər Heydər Əliyevin zəngin irsindən bəhrələnmək
imkanı yaradan ziyarət çərçivəsində gənclər, həmçinin “Musiqi
alətləri: birlik və müxtəliflik”, “Klassik avtomobil” sərgilərini
də yaxından görmək imkanı əldə ediblər.