Gömrükçülər 707 min ədəd siqareti müsadirə etdi – Foto

Gömrükçülər 707 min ədəd siqareti müsadirə etdi – Foto

Dövlət Gömrük Komitəsinin (DGK) Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları aksiz markasız, 35 350 qutu (707 000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar ediblər.

AzerTimes xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.

Məlumata görə, siqaretlər Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Teqlər: