Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda təmsil olunur (FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti
general mayoru Qulu Novruzov və Akademiyanın rəis müavini Araz
Aslanlı Akademiyanın tərəfdaş olduğu “Azərbaycanda Rektorlar
Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində
16-20 may tarixlərində Stokholm şəhərində keçirilən “Ali təhsil
sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti
seminarda iştirak üçün İsveçdə səfərdədirlər.

Kral Texnologiya İnstitutunun (KTH) ev sahibliyi etdiyi tədbirdə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, bir sıra
yerli və xarici ali təhsil müəssisələrinin rektorları,
prorektorları, eləcə də digər rəhbər şəxsləri iştirak edirlər.

Tədbir rektorlar konfransının yaradılması və ali təhsilin
inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsi məqsədilə
keçirilir. Tədbirin açılış hissəsində ECAR layihəsinin qısa
hesabatı dinlənilmiş, İsveçin aparıcı mühəndislik universiteti olan
Kral Texnologiya İnstitutu, Litva universitetlərinin rektorlarının
konfransı və onların Litva ali təhsilindəki rolu haqqında çıxışlar
səsləndirilmişdir. Hazırda seminar proqram üzrə müvafiq
təqdimatlarla öz işini davam etdirir.

Qeyd edək ki, Erasmus+ proqramının “Ali Təhsildə Potensialın
Gücləndirilməsi” kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı
Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının
maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç
ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il
ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən
dəyərləndirilərək qəbul edilib və Akademiyanın layihədə iştirakı
2022-ci ilin fevral ayında başlanılıb.

Teqlər: