“Gmail” istifadəçiləri də elektron poçtun işindən şikayət ediblər

“Gmail” istifadəçiləri elektron poçt xidmətinin işində problemlərlə qarşılaşıblar.

AzerTimes-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.

Məlumata əsasən, birinci problemlər Bakı vaxtı ilə saat 21:00 radələrində, daha sonra isə 00:00 radələrində qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin 36 faizi elektron məktub ala bilmədiklərini, 36 faizi xidmətin veb-saytının işləməməsini, 27 faizi isə hesaba daxil ola bilmədiklərini bildiriblər.

Şirkət elektron poçt xidmətinin işində problemlərin olduğunu təkzib edir.