“Facebook” şəbəkə problemlərini ən qısa müddətdə həll etmək üçün çalışdıqlarını açıqlayıb

“Facebook”un mütəxəssisləri şəbəkə problemlərini ən qısa müddətdə həll etmək üçün çalışırlar.

AzerTimes-ın məlumatına görə, bunu özünün “Twitter” səhifəsində şirkətin əsas texnoloqu Mayk Şrepfer yazıb.

M.Şrepfer bildirib: “Facebook” xidmətlərində problemlərin yaranması nəticəsində çətinlik çəkən hər kəsdən səmimi olaraq üzr istəyirəm. Biz şəbəkə problemləri ilə qarşılaşdıq və komandalarımız hər şeyi ən qısa müddətdə bərpa etmək üçün mümkün qədər sürətli çalışırlar”.


Texnoloq xidmətlərin nə zaman bərpa olunacağı və problemlərin səbəbi barədə açıqlama verməyib.