Gimnastlarımız Misirdə keçirilən yarışlarda ikinci yeri tutublar (FOTO)

Azərbaycan təmsilçiləri Misirin Qahirə şəhərində keçirilən aerobika gimnastikası üzrə “Egyptian Pharaohs cup” adlı beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıblar.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüklər arasında fərqlənərək, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.

Xatırladaq ki, turnir 10 aprel tarixində yekunlaşacaq.

Teqlər: