Gimnastlarımız “Gracia Fair Cup” beynəlxalq turnirində çıxış edəcəklər

Fevralın 19-dan 21-dək Macarıstanda bədii gimnastika üzrə
ənənəvi “Gracia Fair Cup” beynəlxalq turniri keçiriləcək.

AzerTimes-ın məlumatına görə,
yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın
üzvləri təmsil edəcəklər. Fərdi növlərdə böyüklər arasında İlona
Zeynalova, gənclər arasında Gövhər İbrahimova mübarizə
aparacaqlar.


Böyüklər arasında qrup hərəkətləri üzrə yarışlarda Nigar
Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə,
Səkinə İbrahimbəylidən ibarət yığma komandanın ikinci heyəti çıxış
edəcək.

Teqlər: