Gimnastlarımız FIG Dünya kubokunda iştirak etmək üçün İspaniyaya yola düşüb

Mayın 18-dən 24-dək İspaniyanın Pamplona şəhərində keçiriləcək
bədii gimnastika üzrə “Challenge” seriyasına aid FIG Dünya
kubokunda iştirak etmək məqsədilə azərbaycanlı gimnastlar
adıçəkilən şəhərə yola düşüblər.

Trend Gimnastika Federasiyasına istinadən xəbər verir ki, onlar
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb
Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan qrup hərəkətləri
üzrə yığma komandamızın üzvləri və fərdi gimnastımız Zöhrə
Ağamirovadır.

Teqlər: