Batut gimnastikası üzrə “Latvian Cup” beynəlxalq turnirində Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a bildiriblər ki, gimnastlarımız Nicat Mirzəyev və Ammar Baxşaliyev fərdi proqramda qızıl medala layiq görülüblər.
Yarış Latviyanın paytaxtı Riqa şəhərində keçirilib.