Gimnastlarımız beynəlxalq turnirdə qızıl qazandı

Gimnastlarımız beynəlxalq turnirdə qızıl qazandı

Batut gimnastikası üzrə “Latvian Cup” beynəlxalq turnirində Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a bildiriblər ki, gimnastlarımız Nicat Mirzəyev və Ammar Baxşaliyev fərdi proqramda qızıl medala layiq görülüblər.

Yarış Latviyanın paytaxtı Riqa şəhərində keçirilib.

Teqlər: