Gimnastımız İspaniyadan gümüşlə qayıdır (FOTO)

Bədii gimnastika üzrə yığma komandamızın perspektivli gimnastlarından biri olan Arzu Cəlilova İspaniyanın Barselona şəhərində keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, 13 noyabr tarixində baş tutmuş beynəlxalq yarışda gimnastımız bir çox titullu idmançıları üstələyərək, fəxri kürsünün 2-ci pilləsinə gürzlərlə çıxışına görə yüksəlib.

Arzu çoxnövçülük yarışlarında isə 4-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, gimnastımız bu yarışda təşkilatçıların dəvəti əsasında iştirak edib.

Teqlər: