Genişmiqyaslı müharibəyə hazırlaşmalıyıq – Çexiya

Genişmiqyaslı müharibəyə hazırlaşmalıyıq – Çexiya

Ordumuzda təcili modernləşdirmə aparmağa hazırlaşırıq. Ukraynada müharibənin mümkün eskalasiyasından narahatıq və bu, Rusiya ilə NATO arasında münaqişəyə çevrilə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Çexiya Baş Qərargahının rəhbəri Karel Rzeka danışıb.

“Biz, ilk növbədə, ən çətin və təhlükəli ssenariyə, yəni düşmənə qarşı genişmiqyaslı müharibəyə hazırlaşmalıyıq. Ukraynadakı müharibə bütün cəmiyyət üçün böyük həyəcan siqnalıdır. Ukraynada müharibənin eskalasiyası potensialı artmaqda davam edir. Hətta ən ciddi ssenarini də istisna etmək olmaz”, – Rzeka qeyd edib.

Teqlər: