Genişlənmə məsələləri üzrə Avropa komissarı Azərbaycana gələcək

Genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Azərbaycana səfər edəcək.

AzerTimes bu barədə O.Varhelinin “Twitter” səhifəsinə istinadən məlumat verir.

O gələn həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcəyini bildirib:

“Səfər zamanı “Şərq tərəfdaşlığı” regionu üçün iqtisadi və investisiya planları və təşəbbüslər təqdim olunacaq. Bundan başqa, ikitərəfli münasibətlərin əsas məsələləri və COVID-19 pandemiyası ilə mübarizə müzakirə olunacaq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: