Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi (FHN) əhaliyə müraciət edib.
AzerTimes xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Report-a açıqlamasında insanların yanğın təhlükəsizliyinə riayət etməli olduğunu deyib.
“Yanğınlar nəticəsində meşələrə, kənd təsərrüfatına və evlərə böyük ziyan dəyir. Bunların qarşısını almaq üçün insanlar diqqətli olmalıdırlar. Meşəlik ərazilərdə tələblərə əməl etsinlər. Əkin-bişin sahələrinin kənarlarında təhlükəsizlik zolaqları yaratsınlar”, – E.Mirzəyev vurğulayıb.