Bakıda YPX avtomobili zəncirvari qəza törətdi – Video

Bakıda YPX avtomobili zəncirvari qəza törətdi – Video

Bakıda Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobil zəncirvari qəza törədib.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Hadisə zamanı YPX-yə məxsus 99-YP-457 dövlət nömrə nişanlı BMV markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 99-OM-551 dövlət nömrə nişanlı KİA markalı maşına, ikinci nəqliyyat vasitəsi isə öz növbəsində 99-GV-173 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilə çırpılıb.

Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. Hadisə nəticəsində avtomobillər maddi ziyan dəyib.

Həmin görüntüləri sizə təqdim edirik:

Teqlər: