General: Ukrayna bu vilayəti işğaldan azad edir

General: Ukrayna bu vilayəti işğaldan azad edir

Ukraynalı müdafiəçilər tədricən Xerson istiqamətində irəliləyir, azad edilmiş yaşayış məntəqələrini saxlamağa çalışırlar. Xerson bölgəsindəki ruslar Dnepr çayının sağ sahilinə sıxışdırıldıqları üçün zəif mövqedədirlər.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.

“Ordumuz müəyyən sahələrdə tədricən irəliləyir və artıq azad edilmiş mövqeləri qoruyub saxlamağa çalışır. Ümid edirəm ki, bu, Xersonun azad edilməsinə gətirib çıxaracaq. Fakt budur ki, işğalçının Xerson torpağında, daha doğrusu, Dnepr çayının sağ sahilində mövqeyi çox zəifdir. Onlar bunu başa düşürlər və vəziyyəti saxlamaq üçün var gücləri ilə çalışırlar. Onların zəif mövqeyi Ukrayna ordusunun əlinə oynayır. Onların elə bir fikri var idi ki, Nikolayevi keçib Odessaya gedəcəklər. Lakin indi Dnepr çayının sağ sahilinə sıxışıblar, çox narahat vəziyyətdədirlər. Bu, bütün Xerson vilayətinin deyilsə də, heç olmasa, Krivoy Roq istiqamətinin azad olunmasını təmin edəcək”, – o bildirib.

Teqlər: