General Rəsulov barədə həbs qətimkan tədbiri seçildi

General Rəsulov barədə həbs qətimkan tədbiri seçildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

AzerTimes xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və Məsum Rəsulov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi cərçivəsində Məsum Rəsulov saxlanılıb.

Teqlər: