General-mayor Müdafiə Nazirliyini məhkəməyə verdi

General-mayor Müdafiə Nazirliyini məhkəməyə verdi

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Mövsüm oğlu Cəbrayılov Müdafiə Nazirliyini məhkəməyə verib.

AzerTimes Unikal.az-a verilən məlumata görə, F.Cəbrayılovun şikayəti 27 mart tarixində Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə araşdırılacaq.

Milli Qəhrəman hərbi inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrdən şikayət edib.

Xatırladaq ki, Fəxrəddin Cəbrayılov Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Teqlər: