General haqlıdır, Priqojin də bunu deyirdi – Markov

General haqlıdır, Priqojin də bunu deyirdi – Markov

Anladığım qədərilə hərbi müxbirlər ehtiyatla general-mayor İvan Popovun çıxışını məna baxımından dəstəkləyirlər. Zaporojye vilayətinin rəhbərliyi də onu diqqətlə izləyir.

AzerTimes xəbər verir ki, bunu general-mayor Popovun səs yazısını şərh edən rusiyalı politoloq Sergey Markov deyib.

“Hamısı qeyd edir ki, general Popov üsyançı deyil, komandanlığın əmrini yerinə yetirir. Amma onun qeyd etdiyi problemlər doğrudan da çox vacibdir. Priqojin də eyni problemlərdən danışırdı. Bu problemləri rəhbərliyə başqa necə çatdırmaq olar?” – o bildirib.

Qeyd edək ki, ordudakı problemlər barədə Rusiya liderinə məruzə etməyə hazırlaşan general İvan Popovun Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən işdən uzaqlaşdırıldığı haqda məlumat yayılıb.

Teqlər: