General aviabazanın ərazisində ağac əkdi – Foto

General aviabazanın ərazisində ağac əkdi – Foto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Bu barədə AzerTimes-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov və dəstənin şəxsi heyətinin iştirakı ilə ağacəkmə aksiyası aviabazanın ərazisində təşkil olunub.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman xüsusi əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyada müxtəlif növdə 600-dən çox ağac əkilib, həmçinin ərazidə təmizlik işləri aparılıb, yeni əkilmiş ağaclarla yanaşı əvvəlki illərdə əkilmiş ağaclara və gül kollarına aqrotexniki qulluq göstərilib.

Teqlər: