“Gəncliyə Dəstək” İctimai Birliyi növbəti təlimini Ucarda həyata keçirib (FOTO)

Ucarda “Gəncliyə dəstək” İctimai Birliyi tərəfindən “Region könüllüləri hərəkatında yeni mərhələ” adlı layihəsi çərçivəsində təlim həyata keçirilib.

İB-dən AzerTimes-a verilən məlumata görə, təlimdə 12 nəfər aktiv fəal gənc iştirak edib. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Tədbiri Ucar rayon Gənclər İdman İdarəsinin nümayəndəsi Nuru Piriyev açıq elan edib. Və gənclərin aktivliyinin təşkil olunması, bu istiqamətdə fəaliyyətlərə cəlb olunmasının təqdirəlayiq olduğunu bildirib. Sonra Təşkilatın sədri Vəfa Xəlilli Azərbaycan Gənclər Fondu, təşkilat və layihə haqqında ətraflı məlumat verib.

Həmçinin təşkilatın idarə heyətinin üzvü Əlisurətli Röya gənclərin öz potensiallarının üzə çıxarılması və uğurlu karyera yolunda atılacaq addımlar istiqamətində motivasiya tipli təqdimatla çıxış edib.


Təlim müddətində çay süfrəsi zamanı sosial xidmət sahəsində könüllülük fəaliyyətlərinin aşılanması istiqamətində videoçarxlar təqdim olunub və diskussiyalar aparılıb.

Layihənin məqsədi region və kəndli gəncləri kütləvi olaraq könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan, eyni zamanda sosialyönümlü könüllülüyü təbliğ etmək, bu istiqamətdə inkişaf əldə etməkdən ibarətdir

Təlim zamanı gənclərə materiallar (dəftər, qələm, papka, buklet və köynək) və sertifikat paylanılıb.

Teqlər: