İsveçrə və İngiltərə yığmaları DÇ-2022-yə vəsiqəni təmin ediblər

İsveçrə və İngiltərə milli komandaları 2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində öz qruplarında birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıblar.

AzerTimes-ın məlumatına görə, seçmə mərhələnin son turunda İsveçrə milli komandası öz meydanında 4:0 hesabı ilə Bolqarıstan komandasını, İngiltərə yığması isə səfərdə 10:0 hesabı ilə San-Marino komandasını məğlub edib.

Qeyd edək ki, 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixlərində Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə artıq Belçika, Braziliya, Almaniya, Danimarka, İspaniya, Serbiya, Fransa, Xorvatiya yığmaları vəsiqə qazanıblar.

Teqlər: