Gənclərin iş həyatına inteqrasiyası əsas hədəfimizdir – Gənc MÜSİAD Azərbaycan

Gənclərin iş həyatına inteqrasiyası əsas hədəfimizdir.

Bunu AzerTimes-a açıqlamasında
Gənc MÜSİAD Azərbaycanın sədri Tural Süleymanlı deyib.

O qeyd edib ki, bununla bağlı Gənc MÜSİAD müxtəlif proqramlar
həyata keçirir.

“Bu gün Azərbaycanda gənclərin asudə vaxtlarını səmərəli
keçirmələri üçün ölkə rəhbərliyi tərəfindən hər cür şərait
yaradılıb. Gənc MÜSİAD olaraq biz də gənclərə bu istiqamətdə töhfə
vermək üçün çalışırıq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, gənclərin iş dünyasına inteqrasiya etmələri
üçün mütləq şəkildə təcrübəyə ehtiyac var.

“Gənclərin iş təcrübəsi qazanması üçün Gənc MÜSİAD olaraq
mütəmadi şəkildə quruma üzv olan iş adamları ilə gənclər arasında
görüşlər təşkil edirik, hətta bəzən bu görüşləri həftəlik
keçiririk”, – deyə o qeyd edib.

T. Süleymanlı bildirib ki, belə görüşlərdən biri də bu il martın
29-da Azərbaycan Dövlət İqtisad Universitetində “ÜFÜQ AZƏRBAYCAN” –
Gənclərin iş dünyasına inteqrasiyası adı altında keçirilən panel
olub.

“Tədbir Gənc MÜSİAD Azərbaycan, UNEC Tələbə Həmkarlar İttifaqı
və UNEC Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı” ilə keçirilib”,
– deyə T.Süleymanlı bildirib.

Onun sözlərinə görə, həmin paneldə, UNEC Türk Dünyası İqtisad
Fakültəsinin (TUDİFAK) dekanı Prof. Dr. Mehmet Yüce tədbir
iştirakçılarına, xüsusən də tələbələrə təhsil və karyera sahəsində
öz inkişaf yolundan danışıb, karyeralarında düzgün seçim etməyin
yollarını anladıb.

T.Süleymanlı onu da bildirib ki, Gənc MÜSİAD bundan sonra da
belə tədbirləri davam etdirəcək.

Teqlər: