Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox çalışmalıdır – Aziz Sancardan çağırış

Gənclər vətənlərini inkişaf etdirmək üçün daha çox
çalışmalıdır.


Trend
xəbər verir ki, bunu bu gün “Teknofest” texnoloji
festivalında çıxışında Nobel mükafatı laureatı Aziz Sancar
bildirib.

“Vətən dedikdə həm Azərbaycanı, həm də Türkiyəni nəzərdə
tuturam. Gənclərin vətənə olan sevgiləri daimi olmalıdır və onun
inkişafı üçün əlindən gələni etməlidir. İşlər yolunda getmədikdə
belə inadkarlıq edərək inandıqları işi davam etdirməlidir. Siz
gəncləri elmə yönəldən, bu festivalı təşkil edənlərə təşəkkür edin.
Bu festivala dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm”,- deyə o
bildirib.

Teqlər: