Gəncəliyev: Karapetyan AP-də rüşvət paylayır

Gəncəliyev: Karapetyan AP-də rüşvət paylayır

Son zamanlar Qarabağ bölgəsində baş verən hadisələr, Azərbaycanı sevməyən ölkələrin buna münasibəti aydındır. Biz öncədən də bilirdik ki, Fransa, Yunanıstan kimi ölkələr bu məsələyə qərəzli yanaşacaqlar.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Tural Gəncəliyev deyib.

Deputat Avropa Parlamentində baş verən son proseslərdən, xüsusilə korrupsiya biabırçılığından danışıb:

“Mən daim Avropa Parlamentində oluram. Orada hər zaman Azərbaycana qarşı mövqe tutan, qətnamələr qəbul edən deputatlar erməni iş adamlarından pul alaraq sənədlərin qəbulunda fəallıq edirlər”.

Deputat xatırladıb ki, Avropa Parlamentinin yunanıstanlı vitse-spikeri həbs edilib və o, əslində erməni dostluq qrupuna yaxın çevrədir:

“Azərbaycanlı ekofəallar Qarabağda ekoloji durumla bağlı etiraz aksiyaları keçirirlər. Amma Avropa Parlamentində hay-küy salıb deyirlər ki, yol bağlanıb. Buna səbəb həmin deputatların gəlir yerinin bağlanmasıdır. Qarabağdakı mədənlərin qanunsuz istismarı, bu sərvətlərin talan edilməsi mexanizmi qurulmuşdu və bundan Avropa Parlamentinin deputatları da yararlanırdı. İndi bu gəlir bağlanıb”.

Gəncəliyev qeyd edib ki, dəfələrlə erməni iş adamlarının – Karapetyan və digərlərinin Avropa Parlamentinin binasında əyləşərək avropalı deputatları korrupsiya prosesinə cəlb etdiyi müşahidə olunub:

“Onların gözündə Qarabağda etiraz aksiyası keçirən ekofəallar başqa, Avropadakı ekofəallar isə başqa cür görünürsə, bu, onların öz probemidir”.

Teqlər: