Gəncədə zəncirvari qəza: ölən var

Gəncədə zəncirvari qəza: ölən var

Gəncədə piyadanın ölümü ilə nəticələnən zəncirvari qəza olub.

AzerTimes xəbər verir ki, hadisə Gəncə şəhəri Mir Cəlal Paşayev küçəsində baş verib.

Şəhər sakini Hüseyn Məmmədov gecə saatlarında idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan piyada Ramil Musayevi vurmamaq üçün avtomobili qaçıraraq yolun əks istiqamətinə çıxıb. Bu zaman onun idarə etdiyi avtomobil qarşı hərəkət zolağında olan Hüseyn Məmmədovun sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində H. Məmmədov idarəetməni itirərək onunla eyni zolaqda hərəkət edən Abdulla Vəliyevin idarə etdiyi “Daevo Neksia” markalı avtomobilə çırpılıb. “Daevo Neksia” markalı avtomobil isə nəticədə piyada Ramil Musayevi vuraraq öldürüb, H. Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Teqlər: