Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı yaşayış evinə çırpılması barədə məlumat daxil olub.
FHN-dən AzerTimes-a verilən məlmata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.