Gəncədə toyda dava: iki nəfər bıçaqlandı

Gəncədə toyda dava: iki nəfər bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı adlanan ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs toyda dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Teqlər: