Gəncədə restoranda nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin
sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam
etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, Agentlik
əməkdaşları tərəfindən Gəncə şəhəri, Atatürk prospekti, ev 226A
ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehmet Halis Ayaza məxsus
“Osmanlı” restoranında keçirilmiş planlı yoxlama zamanı mal
qonşuluğu prinsipinə, sanitariya norma və qaydalarına, gigiyena
normativlərinin tələblərinə əməl olunmadığı aşkar olunub. Faktla
bağlı icrası məcburi göstərişlər verilib və sahibkar barəsində
inzibati tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini
bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının
pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Teqlər: