Gəncədə məktəbli qəfil vəfat etdi

Gəncədə məktəbli qəfil vəfat etdi

Gəncə şəhərində məktəbli qəfil vəfat edib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini, 2011-ci il təvəllüdlü R.Rəhimli bu gün səhər saatlarında məktəbə gedərkən avtobusda halı pisləşib.

Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, azyaşlının anadangəlmə ürək çatışmazlığı olub.

Teqlər: