Gəncədə kollecdə yanğın: 10 nəfər zəhərləndi – Foto

Gəncədə kollecdə yanğın: 10 nəfər zəhərləndi – Foto

Gəncə Dövlət Regional Kollecində yanğın baş verib.

AzerTimes xəbər verir ki, yanğına elektrik naqillərində qeydə alınan qısa qapanmanın səbəb olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Məlumata görə, 10 nəfər tüstüdən zəhərlənib. Onlar Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırdır.

Teqlər: