Gəncədə kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığı aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları
Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində fəaliyyət göstərən “Grand
Qafqaz” ticarət mərkəzində keçirilən planlı yoxlama zamanı
baytarlıq sanitariya ekspertizası olmadan heyvan mənşəli
məhsulların, müxtəlif əmtəə nişanı ilə kərə yağı adı altında bitki
tərkibli spred yağların satışa çıxarıldığını aşkarlayıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) məlumat verilib.

Həmçinin mal qonşuluğu prinsipinin, sanitariya norma və
qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu
müəyyən edilib. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati
protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılması ilə
bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam
etdirilir.

Teqlər: