Gəncədə iki maşın toqquşdu: xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu: xəsarət alanlar var

Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

AzerTimes xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil ilə, “Hunday” markalı avtomobil toqquşub. Zərbənin təsirindən “Hunday” aşıb. Qəza zamanı iki nəfər yaralanıb.

Xəsarət alan şəxslər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, hər iki şəxsin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Teqlər: