Gəncədə həyat yoldaşı və evini yandıran kişi saxlanıldı

Gəncə şəhərində həyat yoldaşı və evini yandıran şəxs
saxlanılıb.

AzerTimes-ın məlumatına görə, hadisəni törədən 1962-ci il təvəllüdlü
Elşən Qasımov hüquq mühafizə orqanları əməkdaşları tərəfindən
şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, hadisə Gəncə şəhəri, general Məhəmməd Əsədov
küçəsində qeydə alınıb. Orada yaşayan ev sahibi, 1962-ci il
təvəllüdlü Elşən Qasımov ailə münaqişəsi zəminində evinə benzin
tökərək od vurub. Hadisə zamanı o evin yandırılmasına mane olan
həyat yoldaşı, 1969-cu il təvəllüdlü Mahirə Dünyamalıyevanın da
üzərinə benzin tökərək yandırıb. Hadisə zamanı evin bir hissəsi ilə
birlikdə M. Dünyamalıyevanın da qolu yanıb.

M. Dünyamalıyeva yanıq xəsarətləri ilə xəstəxanaya
yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: