Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil təmiri sexlərinin birində yanğın başlayıb.
AzerTimes xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürlüməsi istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.