FİFA prezidenti milyonlar qazanır

FİFA prezidenti milyonlar qazanır

FİFA prezidenti Canni İnfantinonun maaşı məlum olub.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Rob Harris sosial şəbəkə hesabında paylaşım edib.

Onun məlumatlarına görə, isveçrəli funksioner 2023-cü ildə yenidən rəhbər seçildikdən sonra məvacibi artırlıb. Onun əvvəlki dönəmdə 1,7 milyon funt sterlinq (1,99 milyon avro) olan maaşı (2022) 33% artırılaraq 2,3 milyon funt-sterlinqə (2,69 milyon avro) çatıb.

İnfantino həmçinin Qadınlar arasında Dünya Kubokuna görə 1,65 milyon funt sterlinq (1,93 milyon avro) bonus alıb. Baş direktorun ötən il futboldakı ümumi gəliri 4,21 milyon avro olub.

Qeyd edək ki, FİFA prezidentinin maaşını üç nəfərdən ibarət komitə müəyyənləşdirir.

Müddətinin sonuna qədər (2027) isveçrəliyə 2,69 milyon avro baza maaşı təmin ediləcək. Bonuslar FİFA-nın himayəsi altında davam edən turnirlərdən asılı olacaq.

Teqlər: