Gəncədə 37 yaşlı kişi narkotikdən öldü

Gəncədə 37 yaşlı kişi narkotikdən öldü

Gəncədə evdən meyt aşkarlanıb.

AzerTimes xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Məlum olub ki, ölən şəxs həmin ünvanda yaşayan 1986-cı il təvəllüdlü Natiq Abbasovdur.

Əldə edilən məlumata görə, 37 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: