Gəncədə 17 yaşlı oğlanı maşın vurdu

Gəncədə 17 yaşlı oğlanı maşın vurdu

Gəncədə 17 yaşlı oğlanı avtomobil vurub.

AzerTimes xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

“Toyota Camry” markalı minik avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü E. Namazovu vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, hazırda E.Namazovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: