Gəncə şəhərinin küçələri belə işıqlandırılır (FOTO)

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər
Gəncə şəhərində geniş abadlıq-quruculuq işləri aparılır, yeni
infrastruktur layihələri icra olunur. Xəbər verdiyimiz kimi, ölkə
başçısının göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunun, o
cümlədən Gəncənin küçə işıqlandırılması sistemi yenidən
qurulur.

Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan kabel
xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə
tutulur ki, hazırda işlərin böyük bir hissəsi başa çatdırılıb. Belə
ki, bu günədək 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılaraq,
qismən istifadəyə verilib və bub istiqamətdə işlər davam etdirilir.
Layihə çərçivəsində aparılan yoxlama və quraşdırma işləri tam
yekunlaşdıqdan sonra, yeni işıq dirəkləri quraşdırılmış bütün
ərazilərə enerjinin verilişi təmin olunacaqdır.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq
Xidməti” MMC və Polşanın “The Company Signify Poland sp.z.o.o”
şirkətinin birgə icra etdiyi layihə Gəncə şəhərində işıqlandırma
şəbəkəsinin modernləşdirilməsini və avtomatlaşdırılmış idarəetmə
sisteminin tədbiqini hədəfləyir.

Ötən ilin sentyabr ayının əvvəlindən icrasına başlanılan
layihədə işlər üç – A (qazıntı işlərinin aparılması), B (elektrik
kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basıdırlması)
kateqoriyaları üzrə aparılır. Layihənin cari ilin sonunadək icra
olunacaq növbəti mərhələsində daha 300 küçədə işıq dirəklərinin
quraşdırılması, güc kabellərinin çəkilməsi nəzərdə tutulur. Bir
neçə mərhələdə icra olunan layihənin sonunda Gəncə şəhərinin bütün
küçə və prospektlərinin işıqlandırılması tam təmin olunacaqdır.

Teqlər: