Gəncə sakinlərindən narkotik götürülüb (FOTO)

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının
əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirlərini
davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Baş
İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri
tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib
saxlamaqda şübhəli bilinən Fərid Rəhimov saxlanılıb. Onun üzərinə
baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar
olunaraq götürlüb.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının
daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış
tədbirləri ilə onlayn yolla narkotik vasitə əldə edib saxlamaqda
şübhəli bilinən Elnur Nuriyev saxlanılıb. Şübhəli şəxsin üzərində
müxtəlif qablarda ümumi çəkisi 258.66 qram narkotik vasitə olan
“heroin” və narkotik maddə qəbul etmək üçün digər ləvazimatlar
aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam
etdirilir.

Teqlər: