Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon polis
İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaq şübhəli
bilinən şəhər sakini Elçin Əsgərovdan 1 ədəd lüləsi və qundağı
kəsilmiş ov tüfəngi aşkar edilərk götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri
nəticəsində isə 1 kq 565 qram çəkidə narkotik vasitə olan marixuana
aşkar oluraq götürlüb.
Bundan başqa, Baş İdarənin Nizami rayon polis İdarəsinin
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində
isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli
bilinən Araz Məmmədovdan müxtəlif bükümlərdə narkotik maddə olan
heroin aşkarlanıb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı
araşdırmalar davam etdirilir.