Gəncə sakinindən narkotik götürülüb (FOTO)

Gəncə sakinindən narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş məlumat
əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq
narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər
sakini Nicat Musayev saxlanılaraq şöbəyə gətirilib. Ona məxsus
avtomobilə baxış keçirilən zaman yük yerindən 3 kq-dan artıq çəkidə
narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib,
faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: