Aprelin 5-də Türkiyənin Kahramanmaraş şəhərində sərbəst güləş
üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.
AzerTimes-ın
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, “12 fevral” adlanan yarışda Türkiyə,
Azərbaycan, Fransa və Qırğızıstandan olan sərbəst güləşçilər
mübarizə aparıblar.
Milli komandamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin
rəhbərliyi altında Kahramanmaraşda xalçaya çıxan 14 güləşçidən 10-u
fəxri kürsüyə qalxıb. Sabir Cəfərov (70 kq) bütün rəqiblərinə qalib
gələrək qızıl medal qazanıb. Ramik Heybətov (61 kq), Əbülfəz
Nəsirov (65 kq), Kənan Heybətov (70 kq), Səbuhi Əmiraslanov (79 kq)
və Abdulcəlil Şabanov (92 kq) gümüş, Nurəddin Novruzov (57 kq),
Ceyhun Allahverdiyev (61 kq), Namus Orucov (74 kq) və Fərid
Cabbarov (86 kq) isə bürünc medal əldə ediblər. Yekunda 1 qızıl, 5
gümüş və 4 bürünc medal qazanan yığmamız komanda hesabında ikinci
yeri tutub.
Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Bəşir İsazadə
ədaləti qoruyub.