Gənc jurnalist koronavirusdan vəfat edib

Xəbər - Fərid Zöhrabov -Trend:

Gənc jurnalist Nurlan Ağa koronavirusdan vəfat edib.

Trend xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

25 yaşlı jurnalistin bir müddət əvvəl COVID-19-a yoluxduğu, vəziyyətinin kritik olması səbəbindən reanimasiyaya yerləşdirildiyi bildirilirdi.

Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

O, son vaxtlar Türkiyədə yaşayırdı və Atatürk Universitetində təhsil alırdı.

Teqlər: