Gənc boksçumuz Avropa çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç
şəhərində 22 yaşadək boksçular arasında təşkil olunan Avropa
çempionatında ikinci görüşünü keçirib.

AzerTimes-ın
məlumatına görə, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan
N.İsgəndərov Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi
(Xorvatiya) də yarışdan kənarlaşdırıb.

Boksçumuz səkkizdəbir final mərhələsi çərçivəsində ev sahibini
5:0 hesabı ilə məğlub edib.

N.İsgəndərov dörddəbir final qarşılaşmasına martın 19-da
çıxacaq. Təmsilçimizin rəqibi fransalı Hüqo Qrau olacaq.

Teqlər: