Gəminin atəşə tutulması quldurluqdur

Gəminin atəşə tutulması quldurluqdur

Yunanıstanın gərginləşdirməyə çalışdığı təxribatlardan xəbərdarıq. Sonuncu dəfə “Ro-Ro” gəmisinə atəş açmaları sırf quldurluqdur.

AzerTimes xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib.

“Həmişə deyirik ki, bu cür təqiblərə son qoyulsun. Bu, dalandır. Türk diplomatiyasının masadakı problemləri həll etmək üçün kifayət qədər imkanları və yol xəritəsi var. Yunanıstan masadan qaçmağı dayandırmalı və meydanda bu tip quldurluqdan uzaq durmalıdır. Bütün problemlərin həlli masadır. Miçotakis administrasiyasının daxili böhranları nəticəsində Yunanıstan legitimlikdən uzaqlaşmaqla yaramaz dövlətə çevrilməməlidir. Administrasiya gecə-gündüz başqa dövlətlərin öz ölkələrində neçə baza açdığını izah etməklə məşğuldur. Heç bir şəkildə sülh üçün həllər istehsal etməkdə bir performans göstərmirlər”, – Çelik söyləyib.

Qeyd edək ki, sentyabrın 10-da Yunanıstan Sahil Mühafizəsi Bozcaadada “Ro-Ro” gəmisinə atəş açıb. Komor adaları bayrağı altında üzən gəmidə 18 nəfər olub. Atəş zamanı xəsarət alan olmayıb. Heyətdə 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Teqlər: