Gələn ilin sonuna qədər Bakıda elektriklə işləyən avtobuslar istifadəyə veriləcək

Xəbər - Samir Əli – Trend:

Gələn ilin sonuna qədər Bakıda elektriklə işləyən avtobuslar istifadəyə veriləcək.

Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, BMT-nin dayanıqlı inkişaf məqsədlərinin 11-ci bəndində ehtiva edilən “Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək” üçün BNA öz töhfəsini verməkdədir.

“Ötən 6 ildə avtobus parkının 34%-i ekoloji təmiz, “Avro6” standartlı, CNG müəhərrikli avtobuslara əvəzlənib. Hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir.

Dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.

2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3% (32,5 ton), adambaşına düşən göstərici isə 5,8%, yaxud 5,9 kq azalıb,”-məlumatda bildirilib.

Teqlər: